Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 12:27:49
“ADNA faciəsi barəsində əsər yazmağı düşünürəm” - Tanınmış detektiv

“ADNA faciəsi barəsində detektiv əsər yazmağı düşünmüşdüm. Amma sonradan heç cürə yaza bilmədim, bu mövzuya qayıtmağı bacarmadım”.

Bunu AzEdu.az-a açıqlamasında bir çox real hadisələr haqqında detektiv əsərlər yazan tanınmış yazıçı Elxan Elatlı deyib.

Tanınmış detektiv açıqlamasında bir zamanlar bu barədə düşündüyünü bildirib:

“Çoxdan baş verib. Mənə də  çox təsir etmişdi. Doğrusu, düşündüm, amma yaza bilmədim, ona uyğun  süjet qura bilmədim. Ürəyimə, beynimə təsir etdiyinə görə, bu gün də həmin “əsər” daxilən mənimlədir. Nə vaxtsa uyğun süjet tapıb, o hadisəyə müraciət edə bilərəm”.

Yazıçı yeni işlərindən də danışıb:

“Bir neçə həftəyə “Eksperiment” adlı roman çap olunacaq. Adı kimi özü də yaradıcılığımda eksperimentdir. Düzdür, mən “Mərtəbələr” adlı psixoloji roman yazmışdım. Heç də pis qarşılanmadı. Bu əsərə həm psixoloji, həm də karyera (bəlkə də belə bir termin ədəbiyyatda yoxdu) romanı deyərdim. Mənə elə gəlir ki, gənclər üçün detektivdən daha maraqlıdır. İnşallah bir iki həftəyə satışda olacaq”.