Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 09:37:40
Avropanın ən ucqar məktəbində çalışan, tam fərqli dili öyrənən gənc müəllimlər – Xınalıqdan videoreportaj  

1927-ci ildə tikilmişRüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd internat tam orta məktəbi ölkə başçısının göstərişi ilə 2007-ci ildə əsaslı şəkildə təmir olunub. 305 şagirdin təhsil aldığı məktəbdə 23 müəllim çalışır.Xınalıq məktəbində təhsil alan şagirdlərin əksəriyyəti isə azsaylı xalqların nümayəndələridirlər.

Bu məktəbə Azərbaycanın müxtəlif bölgələrindən, Tərtər, Oğuz və s. şəhərlərdən MİQ üzrə müsabiqələrdən uğurlu nəticə göstərən gənc müəllimlər təyin olunurlar.

Xınalıq kənd internat məktəbi bir ildir ki, Təhsil Nazirliyinə tabedir. Məktəbin hər bir ehtiyacı Nazirlik tərəfindən vaxtlı-vaxtında qarşılanır.

Azedu.az Xınalıq kənd internat tam orta məktəbindən videoreportajı təqdim edir: