Azedu.az

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

10 Aprel 2018, 07:45
Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Aprelin 13-də paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEDU.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 308 nömrəli məktəbdə (Ünvan: Yeni Yasamal 2-ci massiv, Ə.Əhmədov küçəsi) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox