Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 16:07:18
Avstriyada təhsillə bağlı ən çox verilən suallar – Cavablar  

Avstriya universitetləri dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış kadrlar hazırlayan ali təhsil müəssisələri kimi tanınır.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı isə durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq Avstriyada təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Avstriya universitetlərində pulsuz magistr təhsili almaq üçün nə etməliyəm?

-Avstriyanın dövlət universitetlərində ödənişsiz təhsil yoxdur. Ölkənin universitetlərində təhsil haqqı 1500 avrodur. Universitetlərə müraciət üçün IELTS və bakalavr diplomu lazımdır.

-Avstriya universitetlərində  ingilis dili müəllimliyi ixtisası var?

-Avstriya universitetlərində ingilis dili müəllimliyi ixtisası mövcuddur.

-Filologiya ixtisası üzrə bakalavr təhsilimi bitirmişəm. Bilmək istərdim ki,  Avstriyada iqtisadiyyat  ixtisası üzrə magistr təhsili ala bilərəm?

 -Filologiya ixtisasını bitirmisinizsə, iqtisadiyyat üzrə Avstriyada bakalavr dərəcəsini  oxuya bilərsiniz

-Hazırda təhsilin bakalavr səviyyəsində oxuyuram və IELTS balim 6.5-dir. Avstriyada  turizm ixtisası üzrə ödənişsiz təhsil ala bilərəm? 

-İELTS 6.5 balı ilə Avstriyada təhsil ala bilərsiniz

-Avstriya universitetlərində  psixologiya ixtisası üzrə magistr proqramları var?

-Avstriya universitetlərində  psixologiya ixtisası üzrə  oxumaq üçün B2 səviyyəsində alman dilini bilməlisiz.   Daha sonra Avstriya Universitetlərinə müraciət edə bilərsiniz. 

-Avstriyada alman dilində təhsil almaq üçün hansı səviyyədə dil biliyi lazımdır?

-Avstriyada Alman dilində təhsil almaq üçün ən azı B2 səviyyədə dil biliyini  bilmək  lazımdır.  

Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları