Azedu.az

Qarabağ Universitetində yeni açılan ixtisaslara böyük maraq olub - Rektor

Ali təhsil

28 Avqust 2026, 14:23
Qarabağ Universitetində yeni açılan ixtisaslara böyük maraq olub - Rektor

2026/2027-ci tədris ili üçün tələbə qəbulunun ilkin nəticələrinə əsasən, Qarabağ Universitetində yeni açılan ixtisaslara böyük maraq müşahidə olunub və həmin ixtisaslar üzrə yüksək keçid balları formalaşıb.

AzEdu.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov sosial şəbəkə hesabında qeyd edib.

Rektor paylaşdığı məlumatda ilk dəfə qəbul aparılan ixtisaslar arasında ən yüksək nəticənin "Stomatologiya" üzrə olduğu göstərilib. Bu ixtisasa qəbul olan abituriyentlərin ən yüksək nəticəsi 624,3 bal təşkil edib.

Yüksək nəticə göstərilən digər ixtisaslar və ballar belədir:

* Dövlət və ictimai münasibətlər – 582,6 bal
* Əczaçılıq – 562,8 bal
* Kimya mühəndisliyi (İTÜ) – 522,9 bal
* İnformasiya təhlükəsizliyi – 502,8 bal
* Kimya – 454,3 bal
* Biologiya – 445,3 bal

Rusiya Bakıya hədə-qorxu gəldi - Hazırlaşın, sizə də...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox