Azedu.az

AzMİU-da qəbul planı 98,91 faiz yerinə yetirilib

Ali təhsil

28 Avqust 2026, 13:53
AzMİU-da qəbul planı 98,91 faiz yerinə yetirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul yüksək nəticə ilə yekunlaşmaq üzrədir.

AzEdu.az xəbər verir ki, bu il universitet üzrə bakalavriat səviyyəsində ümumilikdə 2565 plan yeri ayrılıb. Əsas qəbul mərhələsinin nəticələrinə əsasən, plan yerlərinin 2537-si dolub. Beləliklə, AzMİU üzrə qəbul planının 98,91 faizi yerinə yetirilib və cəmi 28 plan yeri boş qalıb.

Boş qalan yerlər iki ixtisasın payına düşüb. Bunlar kommunikasiya sistemləri mühəndisliyi və 2026/2027-ci tədris ilindən tədrisinə başlanılan daşınmaz əmlakın idarə edilməsi ixtisaslarıdır. Hər iki ixtisas müasir əmək bazarının tələbləri baxımından aktual istiqamətlər hesab olunur. Xüsusilə daşınmaz əmlakın idarə edilməsi ixtisası üzrə kadr hazırlığının AzMİU ilə Ankara Universiteti arasında həyata keçiriləcək ikili diplom proqramı çərçivəsində aparılması nəzərdə tutulur. Proqram tələbələrə hər iki universitetin akademik imkanlarından yararlanmaq və təhsillərini beynəlxalq təcrübə əsasında qurmaq imkanı yaradacaq.

Bildirilib ki, qəbul nəticələri AzMİU-nun ixtisaslarına abituriyentlər arasında yüksək marağın olduğunu göstərir. Boş qalan 28 plan yerinə əlavə qəbul mərhələsində də abituriyentlər tərəfindən maraq göstəriləcəyi və nəticədə qəbul planının tam yerinə yetiriləcəyi gözlənilir.

AzMİU hesab edir ki, universitetə qəbul göstəricilərinin yüksək olması tədris olunan ixtisasların aktuallığına və universitetdəki təhsilin keyfiyyətinə olan marağın göstəricisidir.

Rusiya Bakıya hədə-qorxu gəldi - Hazırlaşın, sizə də...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox