Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrinin məzunları ali məktəblərə qəbul imtahanlarında 100%-lik nəticə göstəriblər.
AzEdu.az-ın sorğusuna cavab olaraq İdarədən bildirilib ki, R.Muradov adına Texniki Humanitar fənlər liseyinin məzunları arasında ən yüksək nəticəni Rüstəmli Aylin Sadiq qızı göstərib. O, 661 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. Liseyin digər məzunu İsmayılov Taleh Azər oğlu isə 642 balla Azərbaycan Tibb Universitetinə qəbul olub.
Lisey üzrə yüksək nəticə göstərən məzunlar arasında Hüseynov Kənan Elçin oğlu (628 bal) və Cəmilov Zaur Xəyal oğlu (622 bal) da yer alıb. Onlar Naxçıvan Dövlət Universitetinə qəbul olublar.
Liseyin digər məzunlarının qəbul nəticələri belədir:
Mustafayev Oqtay Elçin oğlu - 560 bal- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC);
İsmaylov Əli Fuad oğlu - 512 bal - Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU);
Qurbanov Əkbər Elnur - 505 bal - Qarabağ Universiteti;
Fərhadzadə Ayişə Yaşar qızı - 487 bal- Bakı Slavyan Universiteti (BSU);
Musayeva Aişə Amid qızı- 442 bal- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU);
Abdullazadə Məhəmməd Azər oğlu- 440 bal - Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU);
Bayramov Zeyd Əli oğlu- 380 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Hüseynov Kənan Namiq oğlu- 359 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Talıbova Zəhra Ramin qızı- 307 bal- Azərbaycan Texniki Universiteti (AzTU);
Məmmədzadə Məhəmməd Səxavət oğlu- 320 bal- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Əhmədova Ülkər Bəşarət qızı- 280 bal- Bakı Dövlət Universiteti (BDU).
Bundan əlavə, Əlizadə Gülay Eldəniz qızı SAT və IELTS nəticələri əsasında ADA Universitetinə qəbul olub.
Beləliklə, lisey məzunlarının ali məktəbə qəbul göstəricisi 100 faiz təşkil edib.
N.Qasımov adına 4 nömrəli tam orta məktəbin bütün məzunları ali məktəbə qəbul olunub:
N.Qasımov adına 4 nömrəli tam orta məktəbin məzunları arasında ən yüksək nəticəni İsgəndərli Ayan Zabit qızı göstərib. O, 614 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olub. Məktəbin digər məzunu Bahadova Səma Şahin qızı isə 561 balla Azərbaycan Dillər Universitetinə qəbul olub.
Digər məzunların nəticələri:
Xəlilov Nurlan Nurəddin oğlu- 459 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Həmidova Arifə Şirxan qızı- 442 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Məmmədzadə Sürayyə Səbuhi- 395 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Məmmədova Nigar Tehran qızı- 386 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Şirinova Tamella Nəsib qızı- 380 bal- Bakı Slavyan Universiteti (BSU);
Əzizli Təhminə Elnur qızı- 377 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Qurbanzadə Kazım Dursun oğlu- 375 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Sarıyev Ümid Rəşad oğlu- 372 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Əliyev Müzakir Kamil oğlu- 370 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
İsmayılzadə Kamil Mahir oğlu- 360 bal- Bakı Slavyan Universiteti (BSU);
Sadıqova Azadə Azad qızı- 340 bal- Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)
Şirinova Nərmin Aqşin qızı- 333 bal- Odlar Yurdu Universiteti (OYU);
Qocayeva Nəzrin Vasif qızı- 325 bal – Sumqayıt Dövlət Universiteti (SDU);
Allahverdili Ayan Əlzamin- 320 bal- Bakı Slavyan Universiteti (BSU);
Əsgərova Aytac Elşad qızı- 309 bal- Sumqayıt Dövlət Universiteti (SDU);
Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunları da universitetlərə qəbul olublar.
Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunları da müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq uğur qazanıblar. Lisey üzrə ən yüksək nəticəni Osmanlı Novruz Qadir oğlu göstərib. O, 604,1 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
Digər yüksək nəticələr:
Verdiyeva Qönçə Azad qızı- 567 bal- Bakı Mühəndislik Universiteti (BMU);
İsmayılova Zeynəb Elnur qızı- 548 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Bayramov Yusif Anar oğlu- 508,6 bal- FHN Akademiyası;
Hüseynzadə Nərmin Nəriman qızı- 474,4 bal- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC);
Ələkbərova Günay Soltan qızı- 465,4 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Şükürov Aslan Şikar oğlu- 368,2 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Məmmədzadə Ramil Natiq oğlu- 343,6 bal- FHN Akademiyası;
Nəzirova Fəqanə Fəqan qızı- 327,2 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Məmmədli Leyla İlqar qızı- 299,8 bal- Odlar Yurdu Universiteti (OYU);
Heydarov Rəmzi İlham oğlu- 289,5 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Rzayeva Aytac Xaləddin qızı- 283,7 bal- Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);
Əsədov Əkbər Bəxtiyar oğlu- 194,8 bal- Azərbaycan Dövlət Aqrar Universiteti (ADPU);
Əzizli Vüqar Afiq oğlu- 196 bal- Mingəçevir Dövlət Universiteti (MDU);
Abdullayev Fuad Azər oğlu- 192,2 bal- Azərbaycan Kooperasiya Universiteti;
Rüstəmova Nəzrin Elşad qızı- 162 bal- Azərbaycan Texnologiya Universiteti (ATU);
Məzunlar arasında xüsusilə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, UNEC, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, AZMİU və digər ali təhsil müəssisələrinə yüksək ballarla qəbul olunanlar diqqət çəkir.