Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi artıq başa çatıb. Bu il xüsusilə I ixtisas qrupunda bəzi ixtisaslar üzrə keçid ballarında nəzərəçarpacaq dəyişikliklər qeydə alınıb. Həmin ixtisaslardan biri də kompüter mühəndisliyidir.
AzEdu.az kompüter mühəndisliyi ixtisası üzrə 2025-2026 və 2026-2027-ci tədris illərinin keçid ballarını müqayisə edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 453.6-dan 425-ə düşüb. Tədris ingilis dilində aparılan proqramda isə keçid balı 544.4-dən 506.3-ə enib.
Azərbaycan Texniki Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 389.2-dən 379.7-yə, ingilis dilli proqram üzrə isə 538-dən 509.4-ə düşüb.
Azərbaycan Dövlət İqtisad Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 569.4-dən 551.1-ə, ingilis dilli proqramda isə 622.5-dən 615.9-a enib.
Bakı Mühəndislik Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 406.6-dan 389.9-a, ingilis dilli proqram üzrə isə 515-dən 493.4-ə düşüb.
ADA Universitetində ingilis dilində tədris olunan kompüter mühəndisliyi ixtisası üzrə keçid balı 655.8-dən 656.2-yə yüksəlib.
Milli Aviasiya Akademiyasında kompüter mühəndisliyinin ingilis dilli proqramında keçid balı 414-dən 394.5-ə enib.
Bakı Ali Neft Məktəbində ingilis dilində tədris olunan kompüter mühəndisliyi ixtisası üzrə keçid balı 662.2-dən 658.7-yə düşüb.
Naxçıvan Dövlət Universitetində kompüter mühəndisliyi və onun ingilis dilli proqramı üzrə keçid balı 200-dən 265.1-ə yüksəlib.
Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhəri) kompüter mühəndisliyi üzrə keçid balı 200-dən 276.6-ya qalxıb.
Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) kompüter mühəndisliyi üzrə keçid balı 200-dən 250.4-ə yüksəlib.
Mingəçevir Dövlət Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 200-dən 257.7-yə qalxıb.
Lənkəran Dövlət Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 200-dən 250.6-ya yüksəlib.
Azərbaycan Kooperasiya Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 200-dən 284.8-ə yüksəlib.
Sumqayıt Dövlət Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 283.3-dən 299.9-a qalxıb.
Qarabağ Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 262.8-dən 419.9-a yüksələrək ən böyük artımlardan birini göstərib.
Türkiyə-Azərbaycan Universitetində ingilis dilində tədris olunan kompüter mühəndisliyi ixtisası üzrə keçid balı 570.6-dan 578.8-ə yüksəlib.
“Azərbaycan” Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 309.4-dən 322.1-ə qalxıb.
Qərbi Kaspi Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 287.1-dən 301.7-yə, ingilis dilli proqram üzrə isə 279.3-dən 312.7-yə yüksəlib.
Xəzər Universitetində ingilis dilində tədris olunan kompüter mühəndisliyi ixtisası üzrə keçid balı 316.4-dən 359.2-yə yüksəlib.
“Odlar Yurdu” Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 268.6-dan 299.1-ə yüksəlib. İxtisasın ingilis dilli proqramında isə keçid balı 200-dən 310.7-yə qalxıb.