Azedu.az

BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda

Ali təhsil

24 Avqust 2026, 16:17
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı Neman Eylasovun həmmüəllifi olduğu elmi məqalə beynəlxalq elmi ictimaiyyətdə nüfuzlu nəşrlərdən sayılan, Scopus bazasında indekslənən və Q1 kateqoriyasında yer alan "Research in International Business and Finance" jurnalında dərc edilib.

AzEdu.az xəbər verir ki, “Kölgə bankçılığı və ənənəvi bankçılığın uzunmüddətli dinamikası: Panel ARDL- Bayes Model Ortalaması yanaşması” (The Long-Run Dynamics of Shadow Banking and Traditional Banking: A Panel ARDL–Bayesian Model Averaging Approach) adlı tədqiqat Elsevier nəşriyyatının elmi platformasında yayımlanıb.

Məqalədə ənənəvi bankçılıq və kölgə bankçılığı arasında mövcud olan uzunmüddətli qarşılıqlı əlaqələr empirik müstəvidə təhlil olunub.

Tədqiqat çərçivəsində 20 inkişaf etmiş və inkişaf etməkdə olan ölkənin 2003-2020-ci illəri əhatə edən məlumatlarından istifadə edilib. Araşdırmada Bayes Model Ortalaması (Bayesian Model Averaging – BMA), Panel ARDL, FMOLS, CCR və panel səbəbiyyət analizləri daxil olmaqla müxtəlif ekonometrik metodlardan istifadə olunub.

Müəlliflər araşdırmanın nəticələri əsasında maliyyə sabitliyinin təmin olunması və sistemli risklərin effektiv idarə edilməsi üçün bank və qeyri-bank maliyyə sektorlarını əhatə edən, ölkələrin institusional və iqtisadi xüsusiyyətlərinə uyğunlaşdırılmış koordinasiyalı tənzimləmə siyasətlərinin həyata keçirilməsinin vacibliyini vurğulayırlar.

Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

Scopus:
//www.scopus.com/pages/publications/105044566839

DOI:
//doi.org/10.1016/j.ribaf.2026.103551

Paşinyandan Rusiyaya şok sözlər - Millətləri bir-birinə qırdırıb!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox