Azedu.az

ADNSU tələbələri "RobotChallenge 2026" beynəlxalq yarışında III yeri tutublar

Ali təhsil

10 Avqust 2026, 10:49
ADNSU tələbələri "RobotChallenge 2026" beynəlxalq yarışında III yeri tutublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət "AIRT" (Azerbaijan Intelligent Robotics Technologies) komandası Çində təşkil olunan "RobotChallenge 2026" beynəlxalq robototexnika yarışında uğur qazanıb.

Universitetdən AzEdu.az-a məlumata görə, dünyanın müxtəlif ölkələrindən gələn güclü rəqiblərin mübarizə apardığı beynəlxalq yarışın final mərhələsində uğurla çıxış edən ADNSU-nun "AIRT" komandası “Freestyle” kateqoriyasında III yeri tutaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, "AIRT" komandası bundan əvvəl"RobotChallenge Azerbaijan 2026" milli mərhələsində qalib gələrək ölkəmizi beynəlxalq arenada təmsil etmək hüququ qazanmışdı. 2004-cü ildən etibarən keçirilən "RobotChallenge" dünya miqyasında 80-dən çox ölkədən minlərlə gənc mühəndis və tədqiqatçını bir araya gətirən ən nüfuzlu qlobal robototexnika festivallarından biri hesab olunur.

SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı - Ö*lənlər var
Son xəbərlərDaha çox