Azedu.az

BMU-da qəbul üzrə müraciət mərkəzi fəaliyyət göstərir

Ali təhsil

28 İyul 2026, 14:03
BMU-da qəbul üzrə müraciət mərkəzi fəaliyyət göstərir

Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil müəssisələrinə qəbul prosesi çərçivəsində abituriyentlərə operativ məlumat və peşəkar məsləhət dəstəyi göstərmək məqsədilə qəbul üzrə müraciət mərkəzi fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, abituriyentlər iş günləri aşağıdakı əlaqə vasitələri ilə universitetə müraciət edərək onları maraqlandıran suallara cavab ala bilərlər:

Telefon: (+994 12) 349 99 53
Mobil: (+994 50) 657 94 55

Müraciət mərkəzi vasitəsilə abituriyentlər BMU-da qəbul aparılan ixtisaslar, ikili diplom proqramları, qəbul və müsabiqə şərtləri, ixtisas seçimi zamanı nəzərə alınmalı vacib məqamlar, təhsil imkanları və qəbul prosesi ilə bağlı digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər.

BMU abituriyentləri bu xidmətdən faydalanmağa dəvət edir.

Ukrayna 390 dronla Moskvaya hücum etdi: Rusiyada PANİKA YAŞANIR
Son xəbərlərDaha çox