Azedu.az

Azərbaycanın 17 universiteti dünya reytinqində

Ali təhsil

10 İyun 2026, 13:42
Azərbaycanın 17 universiteti dünya reytinqində

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan "Round University Ranking" (RUR) dünya universitetlərinin növbəti reytinq siyahısını yayımlayıb.

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) sözügedən siyahıda 189 pillə irəliləyib. Qlobal reytinqdə 636-cı yerdə qərarlaşan BDU ölkə universitetləri arasında liderlik mövqeyini qoruyub.

Ümumilikdə builki siyahıya Azərbaycandan 17 ali təhsil müəssisəsi daxil olub. Ölkə universitetlərinin sıralaması aşağıdakı kimidir:

Bakı Dövlət Universiteti (BDU) — 636

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) — 795

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) — 898

Azərbaycan Universiteti (AU) — 944

Azərbaycan Dillər Universiteti (ADU) — 964

Qərbi Kaspi Universiteti — 968

Bakı Ali Neft Məktəbi (BANM) — 1049

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) — 1095

Naxçıvan Dövlət Universiteti (NDU) — 1135

Azərbaycan Texniki Universiteti (AzTU) — 1183

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) — 1189

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) — 1202

Bakı Mühəndislik Universiteti (BMU) — 1221

Gəncə Dövlət Universiteti (GDU) — 1249

Sumqayıt Dövlət Universiteti (SDU) — 1252

Azərbaycan Texnologiya Universiteti (ATU) — 1257

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) — 1295

Qlobal reytinq cədvəlinin ilk beşliyində isə ABŞ-nin aparıcı təhsil ocaqları qərarlaşıb. Sıra ilə birinci yer Harvard Universiteti, daha sonra Kaliforniya Texnologiya İnstitutu (Caltech)Stanford Universiteti, Cons Hopkins Universiteti və Pensilvaniya Universiteti gəlir.

(Modern.az)

Pezeşkiandan şok sözlər - İRAN PARÇALANACAQ
Son xəbərlərDaha çox