Mingəçevir Dövlət Universitetində İntensiv İnkişaf üzrə ödənişsiz kurslara qeydiyyat başlayıb.
Bu barədə AzEdu.az-a MDU-dan məlumat verilib.
Bildirilib ki, Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbi tərəfindən qiyabi formada təhsil alan tələbələr üçün bilik və bacarıqlarının inkişafına dəstək məqsədilə “İntensiv İnkişaf üzrə Ödənişsiz Kurslar” proqramına start verilir.
Proqramın əsas məqsədi tələbələrin əmək bazarının tələblərinə uyğun əlavə kompetensiyalar qazanmasına, şəxsi inkişafına və gələcək karyera imkanlarının genişlənməsinə töhfə verməkdir.
Təklif olunan kurslar:
Web 3 alətləri və Google Office texnologiyaları
Süni intellekt və rəqəmsal bacarıqlar
Mühasibatlıq əsasları
Təhsildə adaptiv öyrənmə
İngilis dili danışıq klubu
Müddət: 2 həftə
Dərslər: Həftədə 2–3 dəfə
Qruplar: Səhər və günorta saatlarında
Sertifikat: Kursu uğurla başa vuran iştirakçılara rəsmi sertifikat təqdim olunacaq
İştirakçılar əldə edəcəklər:
Tam ödənişsiz təlim imkanı
Praktik və müasir bacarıqlar
Rəsmi sertifikat
Karyera inkişafı üçün əlavə üstünlüklər
Qeyd edək ki, yerlər məhduddur və qeydiyyat müraciətlərin daxilolma ardıcıllığı əsasında aparılır.
Qeydiyyat: //forms.cloud.microsoft/r/n6M2Lb2zKv
Əlaqə və qeydiyyat: 055 803 20 20
