Azedu.az

Bu universitetin fəaliyyəti dayandırıldı

Ali təhsil

22 May 2026, 09:16
Bu universitetin fəaliyyəti dayandırıldı

Türkiyədə İstanbul Bilgi Üniversitesi fəaliyyətini dayandırıb.

AzEdu.az xəbər verir ki, rəsmi qəzetdə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan imzası ilə yayımlanan qərara əsasən, universitetin fəaliyyət icazəsi ləğv olunub.

Qanunvericiliyə əsasən, universitetdə təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürüləcək. Tələbələrin təqaüd və ödəniş şərtlərinin qorunacağı qeyd olunur. Türkiyə mediasının məlumatına görə, tələbələrin əsasən Memar Sinan Gözəl Sənətlər Üniversitesi nəzdində təhsillərini davam etdirməsi gözlənilir.

Universitetin rəsmi məlumatına əsasən, burada 20 mindən çox tələbə və 1000-dən artıq akademik heyət üzvü fəaliyyət göstərib. Təhsil müəssisəsində 8 fakültə və 3 institut mövcud olub.

Qərarla universitetin rəhbər şəxslərinin səlahiyyətlərinə də xitam verilib. Eyni zamanda universitetin əmlakının ləğvetmə proseduruna başlanacağı bildirilib.


183614

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox