Azedu.az

BMU tələbəsi magistraturaya qəbul imtahanında respublika ikincisi olub

Ali təhsil

20 May 2026, 17:41
BMU tələbəsi magistraturaya qəbul imtahanında respublika ikincisi olub

BMU tələbəsi magistraturaya qəbul imtahanında respublika ikincisi olub.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mayın 17-də keçirdiyi magistraturaya qəbul imtahanının II cəhdinin nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi İsmayıl Əliyev yüksək nəticə göstərib. BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin  “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə sonuncu kurs tələbəsi İsmayıl Əliyev 91.5 bal toplayaraq respublika üzrə ikinci olub. İsmayıl Əliyevin əldə etdiyi yüksək nəticə BMU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində həyata keçirilən keyfiyyətli tədris prosesinin və tələbələrin peşəkar hazırlığının göstəricisidir.

Gələcək təhsil planlarından danışan İsmayıl Əliyev magistr təhsilini də BMU-da davam etdirmək niyyətində olduğunu bildirib. O, magistratura səviyyəsində “Bulud və şəbəkə infrastrukturu” ixtisası üzrə təhsil almağı hədəflədiyini qeyd edib.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox