Azedu.az

Universitetlərimiz WUF13-də innovativ layihələrlə çıxış edir

Ali təhsil

20 May 2026, 11:56
Universitetlərimiz WUF13-də innovativ layihələrlə çıxış edir

Azərbaycan universitetləri WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” həlləri və ekoloji innovasiyalar istiqamətində hazırladıqları layihələrlə təmsil olunurlar.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Sərgidə Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir.

Universitetlər tərəfindən yaşıl enerji, robot texnologiyaları, rəqəmsal transformasiya və iqlim dəyişikliklərinə adaptasiya sahələrini əhatə edən elmi-tədqiqat və startap layihələri nümayiş etdirilir. Bununla yanaşı, ali təhsil müəssisələrinin tətbiqyönümlü innovativ təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları da ziyarətçilərə təqdim olunur.

Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ: Vətəndaşlar küçələrə axışdı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox