Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Dövlət Qurumlarında LLM-lərin Tətbiqi: Fürsətlər, Risklər və Praktikİstifadə” mövzusunda informativ təlim keçib.
AzEdu.az xəbər verir ki, təlim zamanı böyük dil modellərinin (LLM) dövlətidarəçiliyində tətbiq imkanları, süni intellekt əsaslı həllərinidarəetmə proseslərinə təsiri, məlumat təhlükəsizliyi, etik risklərvə praktiki istifadə nümunələri iştirakçılara təqdim olunub. Həmçinin dövlət qurumlarında süni intellekt texnologiyalarınınsəmərəli və məsuliyyətli istifadəsi ilə bağlı beynəlxalqtəcrübələr barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçılarınsualları cavablandırılıb, real nümunələr əsasında müzakirələraparılıb və müxtəlif rəqəmsal alətlərin praktik tətbiqi nümayişetdirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi dövlət sektorunda çalışanəməkdaşların süni intellekt texnologiyaları barədə bilik vəbacarıqlarının artırılması, innovativ yanaşmaların təşviqi vərəqəmsal transformasiya prosesinə töhfə vermək olub.