Azedu.az

Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR

Ali təhsil

13 May 2026, 13:27
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR

Ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 1-də başlayacaq.

AzEdu.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev "Ali və orta ixtisas təhsili müəssisələrində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində qiyabi təhsilalma forması üzrə imtahan sessiyalarının keçirilmə vaxtı ali və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən edilməli və 1 həftə müddətində keçirilməlidir.

Bununla yanaşı, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etməlidirlər. Həmin təhsil müəssisələrində imtahan qərargahı yaradılmalı, qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılması təmin olunmalıdır.

Həmçinin imtahanların təşkilində və gedişatında nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir. 

Əmrə əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi də öz növbəsində imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, bu hallara yol vermiş şəxsləri müəyyənləşdirərək onlar barəsində tədbirlərin görülməsini təmin etməlidir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox