Azedu.az

BMU startapları beynəlxalq sərgidə

Universitetlər

8 May 2026, 12:15
BMU startapları beynəlxalq sərgidə

Bakı Mühəndislik Universiteti (BMU) “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində innovativ startap layihələri ilə təmsil olunub. Universitetin stendində tələbələr tərəfindən hazırlanmış aqrar və ekoloji yönümlü innovativ həllər iştirakçılara təqdim edilib.

AzEdu.az xəbər verir ki, sərgidə nümayiş olunan startaplar arasında üzvi gübrə istehsalına yönəlmiş “EkoEtanol”, aqrar sahə üçün rəqəmsal idarəetmə həlli olan “Green Guest” Aqrar Ekosistem Platforması, aqrar sektor üçün süni intellekt əsaslı analiz sistemi “AgroGPT”, eləcə də plastik istehsalına ekoloji alternativ təklif edən “Bioplastik” startapı yer alıb.

Sərgilərlə tanışlıq zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov BMU tələbələrinin innovativ layihələrinə baxaraq startaplar barədə məlumat əldə ediblər.

Sərgi çərçivəsində, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Regionlarda aqrar ekosistem və süni intellekt: problemlər, həllər və startaplar üçün real imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə aqrar startap ekosisteminin inkişafı, innovasiya infrastrukturu, süni intellekt texnologiyalarının tətbiqi və regionlarda innovasiya mühitinin gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə BMU Texnoparkının nümayəndələri də iştirak edərək dövlət, özəl sektor və akademik mühit arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Ukrayna dağıdıcı silahları işə saldı - Rusiya əraziləri BOMBALANIR!
Son xəbərlərDaha çox