Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Devidson Kollecinə tam təqaüdlə qəbul təklifi alıb.
Bu barədə AzEdu.az-a RTİ-dən məlumat verilib.
Qeyd edilib ki, Zeynəb Məhəmmədli elmi nailiyyətləri ilə seçilən istedadlı şagirdlərdəndir. O, 2023-cü ildə Respublika fənn olimpiadasında fizika üzrə gümüş medal, 2024 və 2025-ci illərdə isə qızıl medallar qazanıb.
Bundan əlavə, 2025-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO) həvəsləndirici mükafata layiq görülüb, Səudiyyə Ərəbistanında keçirilən Asiya Fizika Olimpiadasında (APhO) həvəsləndirici mükafat əldə edib. 2026-cı ildə Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında bürünc medal qazanıb, 2026-cı ildə isə Respublika fənn olimpiadasının gümüş medalçısı olub.