Azedu.az

Tələbələrə görə ən yaxın rektorlar kimlərdir? - sorğu vaxtı UZADILDI

Universitetlər

4 May 2026, 15:50
Tələbələrə görə ən yaxın rektorlar kimlərdir? - sorğu vaxtı UZADILDI

AzEdu Təhsil Portalı ali təhsil müəssisələrində tələbə-rəhbərlik münasibətlərini ön plana çıxarmaq məqsədilə həyata keçirdiyi sorğu davam edir. “Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğu universitet rəhbərlərinin tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirməyə yönəlib.

AzEdu.az xəbər verir ki, sorğunun müddəti 4 may saat 23:59-dan 6 may saat 12:00-a qədər uzadılıb.

Sorğunun məqsədi tələbələrin gündəlik təhsil həyatında qarşılaşdıqları məsələlərdə rəhbərliyin rolunu önə çıxarmaq, tələbəyönümlü idarəetmə nümunələrini müəyyənləşdirmək və bu sahədə müsbət təcrübələri təşviq etməkdir.

Bu təşəbbüs həm də ali təhsil müəssisələrində daha açıq və effektiv kommunikasiya mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Sorğuda əsas iştirakçı qrupunu tələbələr təşkil etsə də, təhsil ictimaiyyətinin digər üzvləri - müəllimlər, məzunlar və adıçəkilən ali məktəblərin digər əməkdaşları da səsvermədə iştirak edə bilərlər.

Sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər.

Şiddətli döyüşlər başladı - Rusiyaya dağıdıcı zərbələr endirilir
Son xəbərlərDaha çox