Azedu.az

Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib

Universitetlər

30 Aprel 2026, 11:40
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsi tərəfindən Qobustan şəhər Elyar Vəliyev adına 2 saylı tam orta məktəbdə şagirdlər üçün maarifləndirici görüş təşkil olunub.

AzEdu.az xəbər verir ki, görüşdə Dizayn kafedrasının müdiri dosent Vaqif Məmmədov, baş müəllim Rasim Qurbanov, müəllim Aygün İlyasova, Memarlıq və şəhərsalma kafedrasının müəllimi Dürdanə Aslanzadə çıxış ediblər. Çıxışlarda BMU-da tədris olunan ixtisaslar, Çin və Cənubi Koreya universitetləri ilə birgə həyata keçirilən ikili diplom proqramları, o cümlədən ali məktəbin maddi-texniki bazası, burada təhsil alan tələbələrin karyera imkanları barədə zəruri məlumatlar diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyəti, eləcə də ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun rolu geniş şəkildə vurğulanıb. Bu kontekstdə BMU tərəfindən müasir standartlara uyğun tədris olunan “Dizayn”, “Memarlıq”, “Şəhərsalma” və “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə daha ətraflı və praktik məlumatlar təqdim edilib, həmin ixtisasların ölkədə aparılan müasir şəhərsalma siyasəti və memarlıq tendensiyaları ilə sıx əlaqəsi xüsusi qeyd olunub. 

İnteraktiv müzakirələrlə davam edən görüşdə şagirdlərin sualları ətraflı cavablandırılıb və onların maraq dairələrinə uyğun istiqamətlər üzrə tövsiyələr verilib.

İsrail ordusu İran sərhədində: Hücum əmri verildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox