Azedu.az

"Dizayn Həftəsi" tələbə və müəllimləri bir araya gətirir - Dekan

Universitetlər

29 Aprel 2026, 12:17
"Dizayn Həftəsi" tələbə və müəllimləri bir araya gətirir - Dekan
“Dizayn Həftəsi artıq ənənəvi olaraq ikinci ildir ki, keçirilir. Bu, təkcə bizim üçün deyil, ümumilikdə dizayn təhsili verən digər universitetlər üçün də bir bayram xarakteri daşıyır”.

AzEdu.az xəbər verir ki, bu sözləri AzMİU-da keçirilən “Dizayn Həftəsi”ndə jurnalistlərə açıqlamasında universitetin Dizayn fakültəsinin dekanı Fərid Kərimov deyib.

O bildirib ki, tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə bu il “Memarlıq və Şəhərsalma İli” elan olunub. Bundan əlavə, il həm də Memar Əcəminin xatirəsinə həsr olunub. Bu baxımdan Dizayn Həftəsi xüsusi məna kəsb edir və tədbir çərçivəsində bu mövzulara da toxunuruq.

Bir həftə ərzində müxtəlif məzmunlu proqramlar təqdim olunur. Buraya master-klasslar, ustad dərsləri, açıq qapı günü, sərgilər və panel müzakirələr daxildir.

Bu gün isə “Dizaynda süni intellekt” mövzusu ətrafında müzakirələr aparılacaq və yekun bağlanış baş tutacaq. Bundan əlavə, il ərzində digər tədbirlərin də davam etdirilməsi nəzərdə tutulur.

Hesab edirik ki, bu təşəbbüs həm tələbələr, həm müəllimlər, həm də ümumilikdə dizayn təhsili üçün mühüm əhəmiyyət daşıyır. Bu il digər universitetlərin rəhbərləri, professor-müəllim heyəti və tələbələr də tədbirə dəvət olunub.

Eyni zamanda, dizayn sahəsində universitetlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandumun imzalanması da gözlənilir. İnanırıq ki, bu addımlar ölkəmizdə peşəkar dizaynerlərin yetişdirilməsinə mühüm töhfə verəcək".

Putindən Köçəryanın komandasına TAM DƏSTƏK - "Baş əyirəm" dedi!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox