I sinfə qəbul prosesi may ayından start götürür.
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı qeyd edib.
Şagirdlərin birinci sinfə qəbuluna may ayının əvvəlindən start veriləcək. O bildirib ki, qeydiyyat 1-6 may tarixində aparılacaq.
“70-80 yaxın müəssisədə prioritet qəbul həyata keçiriləcək. İlk növbədə həmin ərazidə yaşayan şəxslər üçün qeydiyyat açıq elan ediləcək, daha sonra isə digər şəxslər qeydiyyatdan keçə biləcəklər”.
Bildirilib ki, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı Şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib.
I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir.