Azedu.az

Xarici alimlər BMU-dakı konfransla bağlı təəssüratlarını bölüşüblər

Universitetlər

24 Aprel 2026, 16:04
Xarici alimlər BMU-dakı konfransla bağlı təəssüratlarını bölüşüblər

Bakı Mühəndislik Universitetində (BMU) keçirilən “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans bu gün öz işini bölmə iclasları ilə davam etdirib. 

AzEdu.az xəbər verirİclaslarda üzvi kimya və incə üzvi sintez, bərpa olunan enerji və yaşıl texnologiyalar, fiziki kimya və katalitik proseslər, qeyri-üzvi materialların sintezinə müasir yanaşmalar, müasir analitik kimya metodları, nanomateriallar və nanostrukturlaşdırılmış sistemlər, biotexnologiya, qabaqcıl polimerlər və kompozit materiallar, neft-kimya sintezi istiqamətləri üzrə elmi müzakirələr aparılıb. 

Xarici ölkələrdən olan alimlər konfransla bağlı öz təəssüratlarını bölüşüblər. 

Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Valentin Nenajdenko:

Azərbaycanı yenidən görmək mənim üçün çox xoş oldu. Bakını ürəkdən sevirəm. Bakı Mühəndislik Universiteti də həqiqətən gözəl ali məktəbdir. Burada savadlı tələbələr təhsil alır. Universitetin təşkil etdiyi bu konfransda dünən və bu gun kimya ilə əlaqəli müxtəlif mövzularda səmərəli müzakirələr apardıq. Ümid edirəm ki, bu konfrans həm Azərbaycan təhsili, həm də kimya elmi üçün yaxşı nəticələr doğuracaq.   

Pekin Kimya Texnologiya Universitetinin professoru Jiaxu Xu:

Bu, Azərbaycana, xüsusilə də Bakı Mühəndislik Universitetinə ilk səfərimdir. Ali məktəbi ziyarət etdim, bütün laboratoriyaları gəzdim, burada tədqiqat imkanları ilə tanış oldum, həmçinin tələbələrlə söhbətləşmək   imkanı yarandı. Düşünürəm ki, bu güclü təmələ malik gənc ali təhsil müəssisəsi gələcəkdə daha da inkişaf edəcək.

Moldova Dövlət Universitetinin professoru Fliur Zainutdin Macaev:

Azərbaycanda, Bakıda olmaq, eləcə də belə bir universitetdə keçirilən  beynəlxalq konfransda iştirak etmək böyük məmnuniyyət hissi doğurur.  Bakı Mühəndislik Universiteti ilə yaxşı münasibətlərimiz yaranıb. Belə ki, keçən il biz yüksək impakt faktorlu jurnalda birgə iki məqalə dərc etmişik. Bu, əməkdaşlıq üçün yaxşı bir başlanğıcdır. Biz daha geniş əməkdaşlığa hər zaman hazırıq.

Pakistanın Sardoqa Universitetinin professoru Muhammad Navaz Tahir:

Bakı Mühəndislik Universitetində keçirilən bu beynəlxalq konfrans tələbələr və alimlər üçün faydalı görüşlər, müzakirələr platforması oldu. Təşkilatçılara buna görə təşəkkür edirəm. İnanıram, gələcəkdə qarşılıqlı əməkdaşlıq daha da genişlənəcək. Bu tip görüşlər və elmi müzakirələr çox vacibdir. Çünki həm əlaqələrimiz genişlənir, həm də elmi təcrübə mübadiləsinə müsbət təsir göstərir. 

Qeyd edək ki, konfransın plenar sessiyasında və bu gün davam edən panel iclasda REA-nın kimya institutları, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Cənubi Ural Dövlət Universiteti, Türkiyənin Yıldız Texnik və Qəbzə universitetləri, Pakistanın Sardoqa Universiteti, Moldova Dövlət Universiteti professorları elmi məruzələrlə çıxış ediblər. 

Müasir kimya, materialşünaslıq, nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və digər və əlaqəli sahələr üzrə son elmi nailiyyətlərin müzakirəsini təşkil etmək, elmi əməkdaşlığı genişləndirmək məqsədi daşıyan konfransa 17 xarici ölkədən ümumilkdə 360 məqalə təqdim olunub.

 

Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox