Azedu.az

Universitet hücumu ChatGPT istifadə edilərək planlaşdırılıb

Universitetlər

22 Aprel 2026, 11:50
Universitet hücumu ChatGPT istifadə edilərək planlaşdırılıb

ABŞ-də yerləşən Florida Dövlət Universitetində baş verən silahlı hücumla bağlı yeni iddia ortaya çıxıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, rəsmilər, hücumun planlanmasında süni intellekt chatbotu ChatGPT-dən istifadə edilib-edilmədiyini araşdırmaq üçün OpenAI şirkəti barədə cinayət araşdırması başladıb.

Məlumata görə, istintaq zamanı şübhəli şəxslə ChatGPT arasında çoxsaylı yazışmalar aşkarlanıb. Bu yazışmalarda silahlar, güllə-sursat, hücum planı və kampusdakı ən sıx vaxtlar barədə suallar olduğu bildirilir.

Hadisə 2025-ci ilin aprelində Florida State Universitetinin kampusunda baş verib. Hücum nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 20 yaşlı tələbə Phoenix Ikner hadisədən sonra saxlanılıb və ona ağır ittihamlar irəli sürülüb.

Tədqiqatçılar hesab edir ki, şübhəli hücumdan əvvəl ChatGPT-dən planlaşdırma və texniki məlumatlar barədə kömək istəyib. Bu yazışmalar hazırda əsas sübut kimi araşdırılır.

Florida prokuroru bildirib ki, əgər bu məlumatları bir insan vermiş olsaydı, bu, cinayətə kömək kimi qiymətləndirilərdi.

OpenAI isə ittihamları rədd edib və ChatGPT-nin zorakılığı təşviq etmədiyini, yalnız ümumi və açıq məlumatlara əsasən cavab verdiyini açıqlayıb. Şirkət həm də istintaqa yardım etdiyini bildirib.

Araşdırma davam edir.

Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox