Qərbi Kaspi Universitetinin bir qrup tələbəsi iddia edir ki, onlar üçün nəzərdə tutulan “həvəsləndirici” təqaüdlərin verilməsi dayandırılacaq. Bildirilir ki, bu təqaüdlər yalnız həvəsləndirmə məqsədi daşıyır.
Bu nə dərəcədə həqiqəti əks etdirir?
Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı sözügedən universitetə sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki,yayılan bu məlumatlar həqiqəti əks etdirmir:
"Bütün tələbələr dövlət tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq təqaüdlərini almaqda davam edirlər və hər hansı dəyişiklik nəzərdə tutulmayıb".