Azedu.az

ADNSU-da keçirilən RFO-nun finalı başa çatıb

Universitetlər

19 Aprel 2026, 19:46
ADNSU-da keçirilən RFO-nun finalı başa çatıb

18–19 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadasının final mərhələsi təşkil olunub.

AzEdu.az xəbər verir ki, final turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, biologiya, coğrafiya və tarix olmaqla altı fənn üzrə keçirilib. Olimpiadada yuxarı yaş qrupu üzrə (10–11-ci siniflər) 672, aşağı yaş qrupu üzrə isə (8–9-cu siniflər) 901 şagird iştirak edib. Beləliklə, altı fənn üzrə ümumilikdə 1573 nəfər şagird final mərhələsində biliklərini sınayıb.

Final mərhələsinin ilk günündə 5 fənn üzrə yarışlar təşkil olunub. Biologiya və fizika fənləri üzrə iştirakçılar yalnız nəzəri biliklərini deyil, eyni zamanda praktiki bacarıqlarını da nümayiş etdirmək imkanı əldə ediblər.

19 aprel tarixində isə riyaziyyat və fizika fənləri üzrə mərhələlər davam etdirilib. Riyaziyyat fənni üzrə yarış beynəlxalq olimpiada formatına uyğun olaraq iki gün ərzində keçirilib. Fizika fənni üzrə isə şagirdlər nəzəri və praktiki turlarda iştirak edərək öz hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Beləliklə, iki gün davam edən final mərhələsi ADNSU-da uğurla yekunlaşıb.
İlkin qiymətləndirmə başa çatdıqdan sonra iştirakçılar nəticələri ilə tanış ola, daha sonra isə koordinasiya prosesində iştirak edə bilərlər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadasının belə geniş miqyasda və çoxsaylı iştirakçı ilə final mərhələsinin ölkədə ilk dəfə məhz ADNSU-da keçirilib.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox