Azedu.az

Azərbaycanlı gəncdən beynəlxalq uğur

Universitetlər

16 Aprel 2026, 17:30
Azərbaycanlı gəncdən beynəlxalq uğur

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin 2021–2025-ci il məzunu Əhmədli Fatmaxanım BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumuna spiker qismində rəsmi dəvət olunub.

AzEdu.az-ın əldə məlumata görə, ECOSOC hər il dünya üzrə nazirlər, diplomatlar, BMT rəsmiləri və qlobal ekspertləri bir araya gətirən nüfuzlu platformadır. Azərbaycanlı gənc hüquqşünasın BMT Prezidenti tərəfindən bu forumda spiker kimi dəvət olunması ölkə üçün mühüm nailiyyət kimi qiymətləndirilir.

Fatmaxanım Əhmədli BMT-də bir neçə yüksək səviyyəli sessiyada Azərbaycanı təmsil edib. Onlar arasında ECOSOC Partnership Forum Youth Event – “A Dialogue on United Nations 80” (27 yanvar 2026, BMT Baş Qərargahı, Nyu-York), “Global Dialogue on Peace and Security” (28 yanvar 2026), “Future of Action Climate Empowerment” (13 fevral 2026) və CSW70 Virtual Youth Forum (19 fevral 2026) yer alır.

O, həmçinin 2025-ci ilin yanvar ayında Oksford Universitetində keçirilən Global Peace Chain Professional Leadership Certificate proqramına seçilib, ABŞ-ın Florida ştatında CGTEF-2025 konfransına dəvət alıb.

Bundan əlavə, Əhmədli Fatmaxanım ABŞ, Böyük Britaniya, Estoniya və digər ölkələrdə yüksək impakt faktorlu jurnallarda 30-a yaxın elmi məqalənin müəllifidir. O, Harvard Law School Executive Education proqramını da uğurla bitirib.

Türkiyədə müharibə hazırlığı başladı - Orduya əmr verildi
Son xəbərlərDaha çox