Azedu.az

Dövlət Proqramı üzrə namizədlərə xəbərdarlıq: sənədləri gecikdirməyin

Universitetlər

15 Aprel 2026, 16:02
Dövlət Proqramı üzrə namizədlərə xəbərdarlıq: sənədləri gecikdirməyin

“Artıq bu gündən xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu başlayıb. Qeydiyyat prosesi iyunun 5-dək davam edəcək. Bu müddətdən sonra sənəd qəbulu həyata keçirilməyəcək və bu kimi hallar əvvəlki illərdə də müşahidə olunmayıb”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Təhsil TV-nin canlı yayımında qonaq olarkən qeyd edib.

“Ona görə də namizədlərə tövsiyə edirik ki, sənədlərini vaxtında təqdim etsinlər. Bəzən bəzi sənədlərin alınması prosesi gecikə bilər, bu isə normal haldır. Çünki müxtəlif universitetlərdə və ölkələrdə bu prosedurlar fərqlidir. Belə hallarda şərti qəbul ilə bağlı uyğunluğun mütləq şəkildə təsdiqlənməsi vacibdir.

Sənəd qəbulunun məhdud zaman çərçivəsində aparılması səbəbindən namizədlərə müraciət prosesini gecikdirməmək tövsiyə olunur. Xüsusilə sənədlərin əldə olunmasında yarana biləcək gecikmələr nəzərə alınaraq, müraciətlərin əvvəlcədən tamamlanması vacib hesab edilir”.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox