Azedu.az

Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub

Universitetlər

15 Aprel 2026, 13:59
Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub

Azərbaycan Tibb Universitetinin(ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

AzEdu.az saytı xəbər verir ki, Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə jurnalist Həqiqət İsabalayeva təyin edilib.

Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində calışıb.

Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox