Azedu.az

Türkiyəli şagirdlər BMU-da- FOTOLAR

Universitetlər

15 Aprel 2026, 13:43
Türkiyəli şagirdlər BMU-da- FOTOLAR

Türkiyənin Antalya Altın Kanadlar Havacılık Liseyinin (AHL) müəllim-şagird heyəti Bakı Mühəndislik Universiteti (BMU) ilə tanış olub. 

BMU-dan AzEdu.az-a bildirilib ki, Azərbaycanın “AZGİS” və Türkiyənin “Maiden Flight Tech Havacılık” şirkətləri arasında əməkdaşlıq çərçivəsində gerçəkləşən ziyarətdə 58 nəfərdən ibarət türkiyəli müəllim və şagirdlər BMU-nun tədris və tədqiqat infrastrukturu ilə yaxından tanış olmaq inkanı əldə ediblər. 

Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və Texnoparkında aparılan təcrübə və startapları əyani şəkildə izləyiblər. BMU-nun akademik heyəti tərəfindən universitetin təhsil modeli, beynəlxalq əməkdaşlıq imkanları və innovativ yanaşmaları barədə ətraflı məlumat verilib.

İnnovativ layihələr və startaplar, aparılan müxtəlif təcrübələr, ümumilikdə təhsil mühiti heyət tərəfindən maraqla qarşılanıb. 

Tanışlıq zamanı əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Qeyd edək ki, bu, AHL heyətinin BMU-ya sayca ücüncü səfəridir. Ötən il daxil olmaqla, liseyin 130-dan artıq şagirdi BMU-nu ziyarət edib, universitetin tədris proqramları, texnoloji imkanları ilə tanış olub. 

Gərginlik artdı! Türkiyə də İran müharibəsinə qoşulur?
Son xəbərlərDaha çox