Azedu.az

BMU tələbəsi təqaüd proqramının qalibi olub

Universitetlər

8 Aprel 2026, 14:46
BMU tələbəsi təqaüd proqramının qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin “İnformasiya texnologiyaları” ixtisasının III kurs tələbəsi Elmira Əliyeva “Azercell Telekom” MMC-nin “Tələbə Təqaüdü Proqramı”nın qalibləri sırasında yer alıb. 

AzEdu.az xəbər verir ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strateji hədəflərə uyğun olaraq həyata keçirilən proqram STEM istiqamətləri üzrə təhsil alan gənclərin dəstəklənməsini nəzərdə tutur. Bu il proqrama 1500-dən çox müraciət daxil olub. Namizədlər bilik və bacarıqlarının yoxlanılması, eləcə də analitik düşünmə qabiliyyətinin qiymətləndirildiyi mərhələli seçim prosesi əsasında dəyərləndirilib. Nəticədə ölkənin müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 15 tələbə təqaüdə layiq görülüb. 

Seçim mərhələlərini uğurla başa vuran Elmira Əliyeva aylıq təqaüd qazanıb və müvafiq sertifikatla təltif olunub.   

Qeyd edək ki, "Tələbə Təqaüdü Proqramı" 2007-ci ildən icra olunur və bugünədək  "Azercell Telekom” 300-dən çox tələbəni təqaüdlə təmin edib.

İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu
Son xəbərlərDaha çox