Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-31 19:40:04
Adi saydığımız məktəb partasının inanılmaz tibbi faydaları - FOTO

AzEDU xəbər verir ki, jurnalist İbrahim Nəbioğlu bir zamanlar orta məktəblərdə şagirdlərin əsas dostu olan Erisman partalarının tibbi faydası haqqında maraqlı məqamları vurğulayıb:

Əsil adı Fridrix Huldreyx Erismandır (alm. Friedrich Huldreich Erisman, 1842, Hontenşvil, İsveçrə - 1915, Sürix, İsveçrə), İsveçrəli həkim, gigienaçı və oftalmoloqdur, ictimai gigienanın əsas prinsiplərini yaratmış görkəmli alimdir.

Bir çox rus qaynaqları onu böyük rus alimi adlandırır. Halbuki o, sadəcə olaraq 1869-1896 illərində pravoslavlığı qəbul etdiyi üçün gəlib Peterburqda çalışmışdı. Ruslar onu pravoslav adı - Fyodor Fyodoroviç Erisman kimi yadda saxlayıb, İsveçrə köklərini isə arxa plana atıblar. Rusiyaya gəldiyi ilk illərdə göz həkimi olaraq fəlaiyyət göstərən Erisman sonralar özünün məşhur "Məktəbin yaxıngörməyə təsiri" adlı kitabını yazır. O, bu əsərində şagirdlərin masa arxasında oturma şəklinin onun bədən quruluşuna və görmə qabiliyyətinə təsirini araşdıraraq, məktəb mebeli üzərində çalışmalar aparıb. Və nəticədə 1870-ci ildə ortaya şəkildə gördüyünüz və bir çoxlarınızın bildiyi məşhur "Erisman partaları" çıxıb.

Partanın mükəmməl düşünülmüş quruluşu şagirdə yazmaq, çəkmək və oxumaq üçün inanılmaz ideal şərait yaradır. Bu quruluşa görə oxumaq da, yazmaq da ancaq düz bucaq altında mümkündür, kitab və dəftərlə göz arasındakı məsafə isə optimal sayılan 30-40 sm aralıqdadır.

29572459_1734802999891046_5296711080616053174_n.jpg