Azedu.az

Bu gün hansı universitetlər onlayn təhsilə keçib? - RƏSMİ

Universitetlər

6 Aprel 2026, 13:41
Bu gün hansı universitetlər onlayn təhsilə keçib? - RƏSMİ
Hazırda Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur. Bu səbəbdən sosial şəbəkələrdə bəzi ali təhsil müəssisələrinin dərsləri dayandıraraq tədrisi onlayn formata keçirdiyi ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən bildirilib ki, bu məsələ daxili qaydalarla tənzimlənir və hər bir ali təhsil müəssisəsi tədris formasına dair qərarı müstəqil şəkildə qəbul edir.

Sözügedən məsələ ilə bağlı ali təhsil müəssisələrinə də sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirilib ki,Xəzər Universiteti universitəsində bugünkü dərslər onlayn sistemə keçib. Həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də vəziyyət eynidir:

"Bu gün ADMİUda magistr səviyyəsindəki dərslər onlayn keçiriləcək. Bakalavrların dərsləri isə olduğu kimi davam edir",- deyə ADMİU-dan məlumat verilib. 

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 7-dək davam edəcəyi proqnozlaşdırılır.

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox