Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının Lənkəran Dövlət Universitetində seçim turu keçirilib.
AzEdu.az xəbər verir ki, seçim turunu Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev açaraq Ulu öndər H. Əliyevin təhsilə və mədəniyyətə göstərdiyi qayğıdan söz açıb, iştirakçılara uğurlar arzulayıb.
Musabiqənin seçim turuna Lənkəran Dövlət Universitetini təmsil edən tələbələr müxtəlif nominasiyalar üzrə qatılıblar. İştirakçılar musiqi alətlərində ifalar təqdim edib, musiqi parçaları, mahnılar və şeirlər səsləndirib, rəqs nümunələri nümayiş ediblər.
Qeyd edək ki, yarışmanın münsiflər heyətinə daxil olan Bakı Xoreqrafiya Akademiyasının prorektoru, Azərbaycan respublikasının xalq artisti Təranə Muradova, əməkdar artist Rəşad Haşımov, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasınınb müdiri Arslan Növrəsli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı respublika sədrinin müşaviri Pərvanə İsmayılova və digər rəsmi şəxslər LDU-da keçirilən seçim turunda iştirak ediblər.
Qeyd edək ki, münsiflər heyəti təqdim olunmuş nömrələrin əksəriyyətini bəyənib.