Yanvarın 15-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı şəhər bölməsində elmi şuranın növbəti iclası keçiriləcək.
Rəsədxanadan AzEdu.az-a bildirilib ki, iclasda ŞAR teleskoplarında müşahidələrin yenidən təşkili barədə müzakirələr aparılacaq, qurumun “Vikipediya” qrupunun hesabatı dinləniləcək. Həmçinin ŞAR-ın dissertanturasına qəbul olunmuş əməkdaşların mövzularının təsdiqi məsələsinə baxılacaq. Elmi şuranın iclasında cari məsələlər də müzakirə ediləcək.