Azedu.az

BSU-nun professoru vəfat edib

Ali təhsil

6 Yanvar 2026, 14:10
BSU-nun professoru vəfat edib

Bakı Slavyan Universitetinin (BSU) kollektivinə ağır itki üz verib. Universitetin professoru, filologiya elmləri doktoru Zemfira Vəliyeva vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə BSU-nun mətbuat xidməti məlumat yayıb. 

Yaxınlarının məlumatına görə, Z.Vəliyeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Professor Zemfira Vəliyeva BSU-da Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru idi. O, Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında təmsil olunurdu.

Allah rəhmət eləsin.

Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox