Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 16:36:25
Azərbaycanda 86 ölkədən 6 min əcnəbi  tələbə təhsil alır - NAZİRLİK  

İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsil müstəsna əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, yeni məzmun və tədris texnologiyalarının tətbiqi baxımından ötən dövr ərzində bir sıra tədbirlər həyata keçirilib..

 AzEdu.az  “Azərbaycan  Respublikasında  təhsilin inkişafı  üzrə  Dövlət Strategiyası”  5ilin  hesabatını təqdim edir:

 Ali və orta ixtisas təhsili

Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirələrək  7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profillərinə  uyğun ali təhsil  müəssisələrinin nəzdinə verilib.

Son beş ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların 26,5faiz, 400baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3faiz artıb.

Cari ildə 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə  göstərib ki,  bu da 2013-cü ilə nisbətən təxminən 2 dəfə  artım deməkdir. Son 5 il ərzində  qəbul olunan tələbələrin  sayında 20.8 faiz artım olub, bu göstərici cari ildə  41min nəfər  təşkil edib.

Ölkə başçısı tərəfindən “2019-2023-cü illər  üçün Azərbaycan Respublikasında ali təhsil  sisteminin beynəlxalq  rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramının birinci istiqaməti çərçivəsində  ali təhsil  sisteminin məzmun  və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom  proqramları və xarici  mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması  nəzərdə tutulur.

 Proqramın ikinci  istiqaməti isə ölkəmizin ali təhsil  müəssisələrinin akademik  potensialının gücləndirilməs məqsədi  ilə milli kadrların  hazırlanması  üçün xaricdə  doktorantura  səviyyəsində təhsilin  maliyyələşdirilməsini əhatə edir.

Ali təhsil

2015-ci ildə iki diplom  almaq imkanı  verən Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılıb.

2014-cü ildən  ali təhsil  sahəsində  SABAH layihəsinin həyata  keçirilməsinə  başlanılıb. Hazırda SABAH qrupları  12 ali təhsil  müəssisəsində  39 ixtisas və  2300-dən artıq  tələbəni əhatə edir.

Son 2 ildə SABAH qruplarını  1572 məzun bitirib, onların 37 faizi  xaricdə  magistratura  səviyyəsində davam etdirir. Qalan hissəsu isə  ixtisasları  üzrə  əmək fəaliyyətinə başlayıb.

“2007-2015-ci illərdə Azərbaycan  gənclərini xarici   ölkələrdə təhsili  üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın  nüfuzlu  universitetlərində  təhsil almaq üçün  təqaüd qazanıb.

Hazırda ümumillikdə 535 nəfər azərbaycanlı tələbə  hökumətlərarası sazişlərə əsasən  ayrılmış kvotaya uyğun olaraq  müvafiq  ölkələrin  büdcəsi  hesabına təhsil alır.

2017-2018-ci  tədris ilində Azərbaycanda ali təhsilin bütün  səviyyələri  üzrə 86 ölkədən olmaqla 6 min nəfərdən çox əcnəbi  tələbə təhsil alır,bu isə əvvəlki illə  müqayisədə 17 faiz artım deməkdir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları