Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 13:53:00
Məktəblilərə QİÇS-lə bağlı məlumat verilib

Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Bakı şəhəri 9 nömrəli tam orta məktəbdə “QİÇS əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, məktəbin 8, 9 və 10-cu sinif şagirdlərinin, həmçinin müəllimlərin iştirak etdikləri tədbirdə QİÇS-lə bağlı məlumat verilib, videoçarx nümayiş olunub, iştirakçılara məlumatlandırıcı buklet, təqvim, broşür paylanılıb.

Sonra şagirdlərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.