Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 21:00:00
XXI əsr təhsilinin uğur sirrini yayan kitab Azərbaycan dilində - Təqdimat videosu

 

 Mayın 22-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, təhsil ekspertləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və media nümayəndələri iştirak edib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov kitab haqqında məlumat verərək bildirib ki, bu nəşrin müəllifi şagirdlərdə təhsilə maraq yaratmaq, öyrənmək həvəsini inkişaf etdirmək, onlara müasir dövrün texnoloji və peşəkar resurslarından faydalanmaq üçün sağlam yanaşma təklif edir. Cəsarət Valehov qeyd edib ki, XXI əsr yeni bacarıqlar zamanıdır və bu da  “Yaradıcı məktəblər” kitabında öz əksini tapır.

Sonda tədbir iştirakçılarına Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabı təqdim edilib.

Azedu.az “Yaradıcı məktəblər” kitabının təqdimat mərasimindən videonu təqdim edir.