Azedu.az

2-ci cəhdə neçə abituriyent qeydiyyatdan keçib? - SAY

10 İyun 2025, 10:30
2-ci cəhdə neçə abituriyent qeydiyyatdan keçib? - SAY

Xəbər verdiyimiz kimi, dünən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat yekunlaşdı.

Bəs görəsən, nə qədər abituriyent qeydiyyatdan keçib?

AzEdu.az-ın əldə etdiyi məlumata görə, ali təhsil müəssisələri üçün ümumilikdə 131019 abituriyent qeydiyyatdan keçib.

Onlardan 119069 nəfəri Azərbaycan bölməsi, 11950 nəfəri isə Rus bölməsi üzrədir.

Bütün qruplar üzrə bu rəqəm 71129 nəfər təşkil edir. Onlardan 63702 nəfəri Azərbaycan bölməsi, 7427 nəfəri isə Rus bölməsi üzrədir.

Kollec (11 illik) üzrə ümumilikdə 113861 nəfər qeydiyyatdan keçib. Onlardan 105372 nəfəri Azərbaycan bölməsi, 8489 nəfəri isə Rus bölməsidir.

Ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II cəhd) imtahanına qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb.

Belə ki, I ixtisas qrupu üzrə ümumilikdə (Azərbaycan bölməsi) 24033-dür. Azərbaycan bölməsi üzrə 21537, Rus bölməsi üzrə isə 2496-dır. Yalnız RK altqrupu üzrə (Azərbaycan bölməsi) 13173, yalnız Rİ altqrupu üzrə (Azərbaycan bölməsi) 8364, RK və Rİ altqrupları üzrə isə 0-dır. Yalnız RK altqrupu üzrə (Rus bölməsi) 1398, yalnız Rİ altqrupu üzrə (Rus bölməsi) 1098, RK və Rİ altqrupları üzrə isə 0-dır.

II ixtisas qrupu üzrə ümumilikdə 18006-dır. Azərbaycan bölməsi üzrə 16414, Rus bölməsi üzrə isə 1592-dir.

III ixtisas qrupu üzrə ümumilikdə 23459-dur. Azərbaycan bölməsi üzrə 21016, Rus bölməsi üzrə isə 2443-dür.

Yalnız DT altqrupu üzrə (Azərbaycan bölməsi) 16697, Rus bölməsi üzrə isə 1531 nəfərdir.

Yalnız TC altqrupu üzrə (Azərbaycan bölməsi) 562, Rus bölməsi üzrə isə 139 nəfərdir.

 DT və TC altqrupları üzrə (Azərbaycan bölməsi) 3757, Rus bölməsi üzrə isə 773 nəfərdir.

IV ixtisas qrupu üzrə ümumilikdə 5631-dir. Onlardan 4735-i Azərbaycan bölməsi, 896 nəfəri isə Rus bölməsi üzrədir.

Xatırladaq ki, ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (I cəhd) imtahanına qeydiyyatdan keçən abituriyentlərin sayı 91939 nəfər təşkil edib.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox