Martın 7-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağalı kənd körpələr evi-uşaq bağçasında olub.
AzEdu.az xəbər verir ki,məktəbdəki mövcud şəraitlə tanış olan Firudin Qurbanov tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb.
Daha sonra Ağalı kənd körpələr evi-uşaq bağçasında təlim-tədris prosesinin gedişatı ilə tanış olan nazir müavini görüşlər zamanı müəllim və şagirdlərin təklif və fikirlərini dinləyib, qarşıdakı məqsədlər müzakirə olunub.
Səfər çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Laçın, Zəngilan və Cəbrayılda fəaliyyət göstərən məktəb və körpələr evi-uşaq bağçalarında çalışan qadın təhsil işçiləri ilə görüş keçirilib.
Nazir müavini qadınların təhsil və elm sahələrindəki uğurlu fəaliyyətlərindən bəhs edib, onları təbrik edərək xoş arzularını çatdırıb.
Görüşün sonunda yüksək nailiyyətlərinə, səmərəli fəaliyyətlərinə görə seçilən təhsilverənlər təşəkkürnamə ilə təltif olunublar.