Azedu.az

AzMİU tələbəsi beynəlxalq səviyyədə əlamətdar nailiyyət əldə edib

Ali təhsil

12 Noyabr 2025, 08:52
AzMİU tələbəsi beynəlxalq səviyyədə əlamətdar nailiyyət əldə edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin I kurs tələbəsi Jalə Kərimova beynəlxalq səviyyədə əlamətdar nailiyyət əldə edib.

AzEdu.az xəbər verir ki, J.Kərimova “İQ Land” təşkilatının təşəbbüsü ilə Dubay şəhərində (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən Beynəlxalq İngilis Dili Olimpiadasında uğurla iştirak edib və yüksək nəticə göstərib.

Jalə Kərimova olimpiadada nümayiş etdirdiyi bilik və bacarığı sayəsində B2 səviyyəsi üzrə I yerə layiq görülüb. Bu uğur onun şəxsi səylərinin, eləcə də Dizayn fakültəsində həyata keçirilən keyfiyyətli tədris prosesinin, innovativ yanaşmaların və tələbə potensialının inkişafına yönəlmiş mühitin bariz göstəricisidir. 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox