Azedu.az

LDU tələbələri üçün uğurlu şans

Ali təhsil

5 Noyabr 2025, 10:43
LDU tələbələri üçün uğurlu şans

Lənkəran Dövlət Universitetində (LDU) Enactus komandası üçün müsahibə mərhələsi uğurla həyata keçirilib. Seçim mərhələsində 258 tələbə müsahibə mərhələsinə keçid alıb.

AzEdu.az xəbər verir ki, müsahibə zamanı tələbələrin sosial məsuliyyət hissi, komanda işi, innovativ düşüncə və liderlik bacarıqları qiymətləndirilib.

Müsahibələrdə universitet rəhbərliyi, fakültə nümayəndələri və Enactus komandasının rəhbər heyəti iştirak edib. Müsahibə mərhələsində əsas amil kimi şəffaflıq götürülüb, istedadlı tələbələrin seçilməsinə diqqət yetirilib. Müsahibədə əsas məqsəd LDU tələbələrində sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və gənclərin  innovativ ideyalarının dəstəklənməsi olub.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox