Azedu.az

BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb

Ali təhsil

17 Oktyabr 2025, 15:02
BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb

Bakı Mühəndislik Universiteti (BMU) enerji səmərəliliyinin artırılması, ekoloji davamlılığın təmin olunması istiqamətində ardıcıl tədbirlər görür. Bu çərçivədə universitetin həyətində günəş enerjisi ilə işləyən işıq dirəkləri
quraşdırılıb. Layihənin icrası nəticəsində elektrik enerjisinə qənaət olunmaqla yanaşı, karbon emissiyalarının azalması və ekoloji təmiz mühitin qorunmasına mühüm töhfə verilib.

AzEdu.az xəbər verir ki, BMU-da həyata keçirilən bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 7-ci (əlçatan və təmiz enerji-bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi), 11-ci (davamlı şəhərlər və icmalar-ekoloji cəhətdən davamlı və təhlükəsiz yaşayış mühitinin təşviqi) və 13-cü (iqlim dəyişikliyi ilə mübarizə - iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və ekoloji tarazlığın qorunması) istiqamətləri ilə birbaşa uyğunluq təşkil edir.

Universitetin enerji səmərəliliyinə və ətraf mühitin mühafizəsinə yönəlmiş bu kimi layihələrin daha da genişləndirilməsi gələcəkdə də davam etdiriləcək. Məqsəd kampusda ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması və tələbələr üçün davamlı inkişaf prinsiplərinə əsaslanan tədris, eləcə də yaşayış mühitinin yaradılmasıdır.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox