Azedu.az

BMU-da Zəfərin 5 illiyi münasibətilə idman turniri

Ali təhsil

13 Oktyabr 2025, 16:20
BMU-da Zəfərin 5 illiyi münasibətilə idman turniri

Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyi münasibətilə idman turnirinə start verilib.

AzEdu.az xəbər verir ki, BMU Həmkarlar İttifaqı Komitəsi, İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada əməkdaş və tələbələr şahmat, dama, həmçinin futbol üzrə mübarizə aparırlar. Turnirin əsas məqsədi universitet kollektivində həmrəylik, dostluq və Qələbə ruhunu yaşatmaq, gənclər arasında sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.

Turnir 31 oktyabr tarixində başa çatacaq. Qaliblər 8 Noyabr-Zəfər Günü ərəfəsində diplom və hədiyyələrlə təltif olunacaqlar.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox