Azedu.az

LDU-da gənclər üçün marafon keçirilib

Ali təhsil

8 Oktyabr 2025, 16:29
LDU-da gənclər üçün marafon keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi”İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” keçirilib.

AzEdu.az xəbər verir ki, layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrindən danışıb, fəaliyyət istiqamətlərini açıqlayıb, gənclərə təqdim olunan “Gənclik və düşüncə” kitabının əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edən LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov layihəni gənclərin sosial, psixoloji maarifləndirməsi istiqamətində vacib addım kimi dəyərləndirib, belə tədbirlərin region gənclərinin maariflənməsində əhəmiyyətini xüsusi vurğulayıb, davamlı olmasını arzulayıb. “Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abbasova tədbirdə çıxış edərək gəncləri narahat edən sosial, psixoloji mövzulardan söz açıblar, fikir mübadiləsi ediblər, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncədə ümumilikdə 6 tədbirin keçirilməsi nəzərdə tutulub.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox