Azedu.az

Bu gündən Qarabağda tədris BAŞLAYIR

Ali təhsil

22 Sentyabr 2025, 09:24
Bu gündən Qarabağda tədris BAŞLAYIR

Qarabağ Universiteti və Qarabağ Tibb Klinikasında 2025-2026-cı tədris ili bu gündən etibarən başlayır.

AzEdu.az-ın məlumatına görə, tələbə sayının çoxluğunu nəzərə alaraq dərslər ikinövbəli şəkildə təşkil olunacaq.

Belə ki, bu il Qarabağ Universitetində 2 000-dən çox tələbə təhsil alacaq. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə qəbul olunub.

Qeyd edək ki, Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. 

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox