Azedu.az

Qarabağda universitet və klinikada dərslər bu tarixdə başlayır - RƏSMİ

Ali təhsil

16 Sentyabr 2025, 09:45
Qarabağda universitet və klinikada dərslər bu tarixdə başlayır - RƏSMİ

Yeni tədris ili artıq ölkənin bütün orta və ali təhsil müəssisələrində start götürüb.

Qarabağ Universiteti və Qarabağ Universitetinin Klinikasında isə tədris prosesi hələ başlanmayıb.

Qarabağ Universitetinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, dərslər sentyabrın 22-də başlayacaq:

"Həmçinin onu da qeyd edək ki, tələbə sayının çoxluğunu nəzərə alaraq dərslər ikinövbəli şəkildə təşkil olunacaq".

Qeyd edək ki, bu il Qarabağ Universitetində 2 000-dən çox tələbə təhsil alacaq. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə qəbul olunub.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox